Ərdoğan Putinlə görüşəcək - Gündəmdə Qarabağ da var

  • By admin
  • 20 Sentyabr 2021 14:19

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya səfərinə hazırlıq işləri görülür.

Gununsesi.info xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlamasında deyib.

Peskov müzakirə mövzularının geniş olacağını söyləyib. Səfərin dəqiq tarixi yaxın zamanalarda açıqlanacaq.

Diplomatik mənbələrin məlumatına görə, Ərdoğan-Putin görüşündə Qarabağ, Suriya, Liviya məsələlərinin, iqtisadi sahədə əməkdaşlığın perspektivləri və s.-nin müzakirə olunacağı gözlənilir.

Gununsesi.info