Ərdoğan Roma Papası ilə Qüdsü müzakirə etdi

  • By admin
  • 07 Dekabr 2017 22:00


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Roma Papası Fransisk arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərarın narahatedici olduğunu Fransiskə çatdırıb.

Ərdoğan regionda sülhün və sabitliyin əsas şərti kimi 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasının olduğunu qeyd edib:

“Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhərdir. Bu şəhərin statusunun dəyişdirilməsi ilə bağlı hər cür addımdan uzaq durmaq lazımdır. Beynəlxalq birlik bu qərara reakisya verməlidir”.

Gununsesi.info