Ərdoğan sabah Bakıya gəlir

  • By admin
  • 13 Oktyabr 2019 19:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edəcək.

Gununsesi.org-un “TRT Haber”ə istinadən məlumatına görə, o, Azərbaycanın paytaxtında keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edəcək.

Sammit çərçivəsində Ərdoğanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, oktyabrın 15-də Türkiyəyə dönəcək.

 

 

Gununsesi.org