Ərdoğan tezliklə İrana səfər edəcək

  • Müəllif: admin
  • 21 Avqust 2017 11:20

erdogan-pribyl-v-sankt-peterburg-dlya-vstrechi-s-putinym_1

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda İrana rəsmi səfər edəcək.

Gununsesi.info “Tehran Times”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.

Rəhimpur belə bir bəyanatla Tehranda Türkiyənin xarici işlər nazirinin müavini Ümid Yalçınla görüşdən sonra çıxış edib.

Türkiyə ilə İran arasında effektli əməkdaşlıq münasibətlərin qurulmasında maraqlı olduğunu dilə gətirən iranlı diplomat deyib ki, münasibətlərimizin yüksək səviyyəyə qalxması üçün birgə iqtisadi komitə çərçivəsində Türkiyə-İran yüksəksəviyyəli strateji əməkdaşlıq şurasının yaradılmasını nəzərdə tuturuq.

İranlı diplomat onu da əlavə edib ki, 2017-ci ildə iki ölkə arasında əvvəlki illərlə müqayisədə siyasi, iqtisadi, humanitar sahədə əlaqələrdə çox böyük irəliləyiş olub və biz bundan sonra da qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsində maraqlıyıq.

Nazir müavini onu da bəyan edib ki, Türkiyə və İran regional məsələlərdə, xüsusən də İraq və Suriyanın ərazi bütövlüyü məsələsində və digər məsələlərdə eyni mövqedən çıxış edir.

Türkiyəli nazir müavini isə İraqda kürdlərin referendun məsələsinə toxunaraq bildirib ki, İraqın ərazi bütövlüyü qorunmalıdır və ona görə də İraq kürdləri Bağdadla konstruktiv və qarşılıqlı maraqlara söykənən əməkdaşlığa üstünlük verməlidir.

Gununsesi.info