Ərdoğan Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi ilə bağlı sərəncam İMZALADI

  • By admin
  • 11 Yanvar 2022 09:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diplomat Sərdar Kılıçın Ermənistan üzrə xüsusi nümayəndəsi təyin edilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info “Rəsmi qəzet”ə istinadən xəbər verir ki, bununla bağlı sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Sərəncama əsasən səfir Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Serdar Kılıç Türkiyənin ABŞ-da səfiri olub. Onun rəsmi Ankaranın Yerevanda xüsusi nümayəndəsi təyin edilməsində məqsəd Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Xüsusi nümayəndələrin ilk görüşü bu ay keçiriləcək.

Gununsesi.info