Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında görüş keçirməyə hazır olduğunu açıqlayıb

  • By admin
  • 18 Fevral 2022 21:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Ukrayna və Rusiya arasında liderlər səviyyəsində və ya texniki səviyyədə görüş keçirməyə hazırdır.

Bunu dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı bəyan edib.

Türkiyə Prezidenti Administrasiyasından verilən məlumata görə, tərəflər arasındakı telefon söhbəti Türkiyənin alyansa daxil olmasının 70 illiyi münasibətilə baş tutub.

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə hərbi ittifaqa lazımi töhfəni verməkdən və NATO-nun təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməkdən imtina etmir.

 

 

Gununsesi.info