Ərdoğan Ukraynadakı səylərinə görə Nobel mükafatı ala bilər

  • By admin
  • 01 Aprel 2022 09:09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatını ala bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Saskiya van Vestrinen Hollandiyanın “Algemeen Dagblad” qəzetində dərc olunan məqaləsində bildirib.

Jurnalist R.T.Ərdoğanın İstanbulda danışıqlardan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşdə söylədiyi fikirlərə də yer verib və prezidentin “Bütün dünya xoş xəbər gözləyir. Biz sizə kömək etməyə hazırıq” sözlərini sitat gətirib.

“Əgər hər şey yaxşı bitərsə, Ərdoğan indiki mövqeyi ilə demək olar ki, Nobel Sülh Mükafatını ala bilər”, – deyə van Vestrinen bildirib.

Həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətləri sayəsində Türkiyə özünəməxsus mövqedədir və müharibəni bitirmək istəyinə görə geniş şəkildə təqdir olunur. R.T.Ərdoğan bu yaxınlarda İstanbulda keçirilən görüşdən əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşüb və bunu hər iki tərəf “konstruktiv” adlandırıb.

Gununsesi.info