Ərdoğan yeni müjdənin ANONSUNU VERDİ

  • By admin
  • 12 Noyabr 2022 20:48

“Türkiyə hakimiyyəti ölkədə beynəlxalq qaz qovşağı yaratmaq niyyətindədir, onun iştirakçıları bu resursun qiymətlərini müəyyən edəcəklər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin şimalındakı Kastamonu vilayətində qazpaylayıcı şəbəkələrin istifadəyə verilməsi mərasimində deyib.

Ərdoğan bildirib ki, Ankara qaz kəmərləri və mayeləşdirilmiş təbii qazla bağlı istənilən məsələdə əməkdaşlığa hazırdır və hazırda Mərkəzi Asiya və Aralıq dənizinin bir çox ölkələri ilə fəal danışıqlar aparır.

“Türkiyədə birdən çox oyunçunu bir platformada birləşdirəcək, müqavilələr bağlamağa imkan verəcək və bununla da qaz qiymətlərini formalaşdıracaq qaz bazarı yaratmağa hazırlaşırıq”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan xatırladıb ki, ölkədən 7 ixrac qaz kəməri keçir, bundan əlavə, Türkiyədə iki LNG terminalı, 2 üzən LNG saxlama və təkrar qazlaşdırma qurğusu və 2 yeraltı qaz anbarı var.

Türkiyə lideri həmçinin qeyd edib ki, Türkiyə Qara dənizdəki Sakarya yatağından qaz hasilatının başlanmasına səbəb olan işləri sürətləndirib – mütəxəssislər 10 quyudan doqquzunu qazmağı başa çatdırıblar.

Gununsesi.info