Ərdoğan Zelenskinin istəyini Putinə çatdırdı

  • By admin
  • 05 Mart 2022 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə Vladimir Zelenskinin onunla Türkiyədə görüşmək istəyini çatdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın danışıb.

“Artıq prezidentimiz (Ərdoğan – red.) bu mesajı (Zelenskinin hazır olması ilə bağlı – red.) Putinə çatdırıb. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Belə bir görüşün keçirilməsi, şübhəsiz ki, vəziyyətə müsbət təsir göstərəcək. Türkiyə olaraq töhfə verməyə hazırıq”, – Kalın vurğulayıb.

Gununsesi.info