Ərdoğana qarşı çıxan Almaniyaya Türkiyədən sərt cavab

  • Müəllif: admin
  • 30 İyun 2017 12:02

turkey-germany-flag-400

Alman siyasətçilərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hamburqda baş tutacaq çıxışına mane olmaq istəməsi barədə məlumat vermişdik.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Müftüoğlu Rəcəb Tayyib Ərdoğanın Hamburqda çıxışını mənasız hesab edən Almaniyanın Xarici İşlər naziri Qabrielə sərt reaksiya verib.

O, bəzi alman siyasətçilərin Ərdoğana qarşı birləşməsinə təəssüf edib. Mətbuat katibi bu qarşıdurmanın Almaniyanın daxili siyasətinə dayandığını vurğulayıb.

Müftüoğlu həmin siyasətçilərin əsl üzünü ortaya qoyacaqlarını da bildirib.

Digər tərəfdən NTV kanalına müsahibə verən AK Partiyanın mətbuat katibi Mahir Ünal da Almaniyanın reaksiyasının qəbuledilməz olduğunu deyib.

Gununsesi.info