Ərdoğandan etiraf: Onlar bizi daim qorxudurlar...

  • By admin
  • 18 Avqust 2017 19:00

erdogan
Bizi daim təhdid edirlər, qorxduğumuzdan söhbət belə gedə bilməz.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qanlı təxribat hazırlığında olan FETÖ üzvlərinin tutulması ilə bağlı açıqlamasında deyib.

“Hüquq-mühafizə orqanları məsələni daim nəzarətdə saxlayır. Bunlar məni və dostlarımı daim təhdid edirlər. Qorxduğumuzu demək, yersizdir. Biz bu yola fərqli şəkildə çıxdıq. İnşallah qalib olacağıq. Hamısının necə rahat şəkildə məhkəməyə çıxdığını görürük. Onlarla bağlı ədalətli qərar veriləcək. Tapdalanan vətəndaşlarımızın hüquqları bərpa olunacaq”, – prezident bildirib.

Qeyd edək ki, bu gün Balıkesirdə silahlı təxribat hazırlığında olan 2 nəfər polis tərəfindən yaxalanmışdı.

Gununsesi.info