Barselona terrorunun əsas şübhəlisi məlum oldu – Foto

  • By admin
  • 18 Avqust 2017 19:10

1525339910295420538402542311460765179016615n-e1503021642809jpg
Dünən İspaniyanın Barselona şəhərində törədilən terror hadisənin əsas şübhəlisinin Musa Ukabir olduğu açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı Musanın qardaşı Driss Ukabir dünən teraktdan sonra tutulmuşdu.

Polis Drissə çox oxşayan Musanın qardaşınınn pasportu ilə avtomobili icarəyə götürdüyünü ehtimal edir. Hazırda onun axtarışları davam edir.

Qeyd edək ki, avtomobil küçədə insanların üzərinə sürülməsi nəticəsində 14 nəfər ölüb, 100 nəfər isə yaralanıb.

Gununsesi.info