Ərdoğandan Makrona sərt sözlər

  • By admin
  • 30 Yanvar 2023 11:48

“Paris beynəlxalq aləmdə nüfuzunu itirir, Fransa Prezidenti Emmanuel Makron isə dövlət başçısı olmağa layiq deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Star” qəzetinə müsahibəsində deyib.

“Makron dürüst deyil. Amma biz istəyirik ki, beynəlxalq siyasət səmimiyyət üzərində qurulsun. Səmimiyyət olmayan yerdə inam da yoxdur. Təbii ki, dünyada belə liderlər çoxdur. Təəssüf ki, onlar Yunanıstanla münasibətlərdə Türkiyəni görməzldən gəlirlər”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib ki, Fransa Afrika ölkələrini istismar edir. Onun sözlərinə görə, Burkina Faso bir aydan sonra öz ərazisində fransız əsgərlərini görmək istəmədiyini bildirib:

“Toqo da tezliklə eyni qərarı verəcək. Fransa Afrikadakı nüfuzunu sürətlə itirir”.

Gununsesi.info