Ərdoğandan xanımının səhhəti ilə bağlı açıqlama

  • By admin
  • 14 Fevral 2022 15:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan koronavirusdan hələ sağalmayıb.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Birləşmiş Ərəb Əmirliklərinə səfərindən əvvəl Atatürk Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Əminə Ərdoğanın müalicəsi davam edir.

Xatırladaq ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın koronavirusa yoluxduğu məlum olub. Fevralın 10-u yayılan məlumata görə isə, Ərdoğan koronavirusdan sağalıb.

 

Gununsesi.info