Ərdoğanın 3-cü dəfə namizədliyinə etiraz: “Hüquqi əsası yoxdur”

  • By admin
  • 24 Yanvar 2023 11:53

Atatürkçü Düşüncə Dərnəyi (ADD) Konstitusiyanı xatırladaraq hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə namizədliyinə etiraz edib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ADD Türkiyə müxalifətinə çağırış edərək seçkilərin və Prezidentlik vəzifəsinin hüquqiliyini zədələyəcək vahiməli bir yanlışa düşülməsini önləməyə çağırıb.

Türkiyənin bir hüquq dövləti olduğunu xatırladan dərnək konstitusiya hökmlərinin hər kəsə aidliyini vurğulayaraq hüquq qaydalarına diqqət çəkib.

Konstitusiyanın 101-ci maddəsinə istinad edərək “Bir kimsə ən çox iki dəfə Prezident seçilə bilər” işarə edərək qanunun açıq və mütləqliyini vurğulayıb.
“ADD olaraq icra, qanunverici və məhkəmə orqanlarımızın qərarvericilərini, bütün idarə vəzifəlilərini və hər bir siyasi partiyalarımızı konsittusiyaya sədaqətdən ayrılmamaları və qanunları pozacaq, Türkiyə Cümhuriyyətinin hüquq dövləti qiymətini ortadan qaldıracaq seçkilərin və Prezidentlik vəzifəsinin hüquqiliyini zədələyəcək vahiməli bir yanlışa düşülməsini önləmək üzrə vəzifəliləri öz işlərini yerinə yetirmək mövzusunda xəbərdar edirik”, – deyə açıqlamada yazılır.

 

Tərcümə: Arzu 

Gununsesi.info