
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 7-8 iyul tarixində təşkil olunacaq zirvə konfrası sonrasında Almaniyada yaşayan türklərlə görüşü rəsmi şəkildə ləğv edilib.
Almaniya hökuməti seçkilərə 3 ay qalmış bütün əcnəbi liderlərin öz həmvətənləri ilə görüşməsinə qadağa qoyub. Bu da Almaniyanın daxili siyasəti ilə əlaqədardır.
Türkiyə dövlət başçısı və bir sıra siyasətçilərin görüş tələb etmələri və nəticədə 2 ölkə arasında yaşanan gərginlik səbəbindən bu qərar qəbul edilib.
Gununsesi.info












