Ərdoğanın andiçmə tarixi AÇIQLANDI - 22 ölkə başçısı Ankaraya gedir  

  • Müəllif: admin
  • 07 İyul 2018 13:20
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasiminin və Nazirlər Kabinetinin ilk iclasının vaxtı açıqlanıb.

Gununsesi.info “Milliyet” nəşrinə istinadən xəbər verir ki, andiçmə mərasiminin iyulun 9-da, kabinetin ilk iclasının isə iyulun 13-də baş tutacağını bildirilib.
Ərdoğan seçkilərdən sonra ilk dəfə AK parti qrup toplantısında çıxış edərək and içmə mərasiminə 22 ölkə başçısının, o cümlədən 17 baş nazirin qatılacağını qeyd edib.

Andiçmə mərasimindən sonra həmin gün saat 21-də isə yeni kabinetin üzvlərinin adları açıqlanacaq.

İyulun 13-də isə Nazirlər Kabinetinin yeni hökumətdə ilk iclası keçiriləcək.

Andiçmə gününün sabahı – yəni iyulun 10-da Türkiyə prezidenti ilk xarici səfərini Azərbaycana və Şimali Kıpr Türk Respublikasına edəcəyini bəyan edib.

“Bizə yorğun deyənlərin, bizim necə idmançı olduğumuzdan xəbərləri yoxdur” – Ərdoğan bildirib.
Qeyd edək ki, parlament sisteminin son baş naziri olan Binəli Yıldırım Ərdoğanın çıxışından sonra ondan halallıq istəyib.