Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi açıqlandı

  • By admin
  • 30 Avqust 2017 18:22

erdogan-eliyev1

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi məlum olub.

Gununsesi.info-nun məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında səfərin təxirə salınmasının iş proqramı ilə bağlı olduğunu açıqlayıb.

Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi.

Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.

Gununsesi.info