Ərdoğanın BƏƏ-yə səfər proqramı açıqlanıb

  • By admin
  • 12 Fevral 2022 16:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə səfərinin proqramı açıqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Qeyd olunub ki, 14-15 fevralda baş tutacaq səfərdə Prezident Ərdoğanın “Dubai Expo”da “Türk Milli Günü”nün açılışına qatılmağı və iş adamları ilə görüşəcəyi planlaşdırılır.

Bundan əlavə, səfər çərçivəsində Türkiyə və BƏƏ arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə dair danışıqların aparılacağı və yeni sazişlərin imzalanması gözlənilir.

 

 

Gununsesi.info