
Mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında belə deyib.
Belə ki, Türkiyə prezidenti, Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək. Görüş zamanı Suriyadakı vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, D. Peskov görüşün detalları barədə məlumat verməyib.
Anar
Gununsesi.info











