Ərdoğanın təklifi gələcək üçün keçərlidir – Rus politoloq

  • By admin
  • 21 Oktyabr 2021 10:30

Hazırda BMT TŞ-də veto hüququna sahib olan ölkələrin sayının artırılmasına təcili ehtiyac yoxdur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı analitik, tarix elmləri namizədi Andrey Sızranov BMT Təhlükəsizlik Şurasındakı veto hüququna malik dövlətlərin sayının artırılma ehtimalından danışarkən deyib.

Mütəxəssisin fikrincə, BMT Təhlükəsizlik Şurasının mövcud konfiqurasiyası kifayət qədər işləkdir: “BMT Təhlükəsizlik Şurası bəzi nümunələri istisna etməklə, öz effektivliyini dəfələrlə sübut edib. Ancaq perspektivə baxsaq, yaxın gələcəkdə yeni üzvlərin bu siyahıya daxil ediləcəyi şübhə doğurmur”.

Ekspertin sözlərinə görə, Ərdoğanın açıqlaması bu məsələyə yeni bir zəmin gətirsə də, bu təklif daha öncə Yaponiya, Almaniya və başqaları tərəfindən də irəli sürülüb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasındakı veto hüququna sahib ölkələrin sayının artırılmalı olduğunu bildirib.

Gununsesi.info