Ərdoğanla Putin 259 gün sonra – Rusiyada görüşür

  • By admin
  • 09 Avqust 2016 11:04

er

 

Türkiyə və Rusiya arasında ötən ilin noyabrında təyyarənin vurulması ilə başlanan gərginlik bu gün başa çatır.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün Rəcəb Tayyip Ərdoğanla Vladimir PutinSank-Peterburqda görüşəcəklər. 259 gün sonra bir araya gələcək olan liderlər 24 noyabr tarixindən əvvəlki münasibətlərin bərpasını müzakirə edəcəklər.

Bu, prezident Ərdoğanın 15 iyul çevriliş cəhdlərindən sonrakı ilk xarici səfəridir.
Gündəlikdə olan 5 əsas məsələ isə viza rejiminin ləğvi, çarter reyslərinin bərpası, Türkiyədən gedən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəzə, həmçinin türk iş adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji ilə bağlı olacaq.