Bu foto ABŞ-ı ikiyə böldü – Xalq açıqlama gözləyir

  • By admin
  • 09 Avqust 2016 11:07

foto

 

Noyabrda Amerikada baş tutacaq prezident seçkisində demokratların namizədi Hillari Klintonun bu günlərdə çəkilən fotosu müzakirələrə səbəb olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən fotoda pilləkələrdən qalxarkən xanım namizədə mühafizəçiləri kömək edib.

Amerika mediası belə vəziyyətdə H. Klintonun sağlıq durumunun necə olmasından ehtiyatlanıblar. Onun səhhəti ilə bağlı açıqlama verilməsini istəyirlər. Foto onun Kolorida əyalətində apardığı seçki kampaniyası zamanı çəkilib.

Qeyd edək ki, H. Klinton 2009- cu ildə dirsəyini qırıb, 2011- ci ildə təyyarəyə minərkən yıxılıb. Elə həmin ildə də beyin əməliyyatı keçirib.

 

Gununsesi.info