
Müğənni Tuba Ekinci “İşte benim stilim” yarışmasıyla tanınan Nazlı Hamaratla saç-saça davaya çıxıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara görə, Nazlı sevgilisi Aydın Qaffarla Bebekdə balıq restoranına yollanıb. Qısa müddət sonra onlara Tuba da qoşulub. Söhbət əsnasında Nazlının öldürülən əri Emir Cevdet Şaşmazdan söz düşüb.
Ekinci “Cevdet yazıq siz hər dəfə dalaşanda mənim evimdə qalırdı” deyərkən ara qarışıb. Mübahisəli dava qəfil sillə-təpik davasına çevrilib. Tuba Nazlının saçlarını yolaraq “Səni öldürərəm”, deyə onu hədələyib. Aydın Qaffar tərəfləri güclə ayırıb.
Gununsesi.info












