Myanma liderinin Nobel mükafatı ilə bağlı son qərar verildi

  • By admin
  • 09 Sentyabr 2017 19:58

Myanmar-News-Headline-Story-Today-Aung-San-Suu-Kyi
Myanmanın dövlət katibi Aunq San Suu Kyi “Nobel” sülh mükafatından məhrum edilməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Nobel Sülh Mükafatı Komitəsinin mətbuat katibi Olan Nyolstad jurnalistlərə bildirib.

O deyib ki, Myanmada Rohinca müsəlmanlarının buddistlər tərəfindən kütləvi şəkildə öldürülməsinə, buna görə Aunq San Suu Kyiyə göstərilən təzyiqlərə baxmayaraq, onun “Nobel” mükafatı geri alınmayacaq. Nyolstad şəxsi fikrini ifadə edərkən, Myanma liderinin müsəlmanların qətlində günahkar olmadığını bildirib:

“Nobel Komitəsi mükafatlandıracağı şəxslərin həmin vaxta qədərki fəaliyyətlərini nəzərə alaraq təltif edir. Keçmişdə mükafat qazananların sonrakı fəaliyyətlərinə şərh vermir”, – deyə Nobelin sözçüsü bildirib.

Qeyd edək ki, uzun müddət müxalifətdə olan və ev dustaqlığında yaşayan Aunq San Suu Kyi 1991-ci ildə “Nobel” sülh mükafatına layiq görülüb. 2016-cı ildə, Aunq San Suu Kyi hakimiyyətə gələndən sonra Arakan ştatında yaşayan müsəlmanlarla buddistlər arasındakı qarşıdurmalar daha da şiddətlənib.

270 min müsəlman doğma yurdlarını tərk edərək qonşu Banqladeşə sığınıb.

Aunq San Suu Kyi müsəlmanların buddistlər və təhlükəsizlik qüvvələri tərəfindən təzyiqlərə məruz qalmasına, öldürülməsinə qarşı diqqətsizlikdə günahlandırılır. Myanma liderindən Nobel ödülünün geri alınması ilə bağlı change.org saytında petisiya təşkil edilib. Hazırda 380 min adamın bu petisiyanı imzaladığı bildirilir.

Gununsesi.info