Ərinin oğlu yaşda göründüyünü dedilər - O DA SÖYDÜ

  • By admin
  • 15 Fevral 2018 14:24

Ötən gün əməkdar artist Nüşabə Ələsgərlinin Cənubi Azərbaycandan olan həyat yoldaşı Rza Toni ilə instaqramda paylaşdığı şəkil müzakirələrə səbəb olub. 

Gununsesi.info xəbər verir ki, 50 yaşlı müğənninin sözügedən paylaşımı başına bəla olub.  Belə ki, instaqram istifadəçiləri cütlüyü müzakirə etməyə başlayıblar. Onlar ifaçının ərinin ona yaraşmadığını, daha gənc göründüyünü qeyd ediblər.

Qalmaqallardan hər zaman uzaq olan Ələsgərli yazılan rəylərə bir-bir cavab verməyə başlayıb.

Sosial şəbəkə istifadəçisinin ərinin onun oğlu yaşıdda olması bağlı yazdığı şərh sənətçini özündən çıxarıb.  O, izləyiciyə ağır söyüşlə cavab verib.

Müğənninin bu addımı digər istifadəçiləri də qıcıqlandırıb və N. Ələsgərli onların sərt reaksiyası ilə üzləşib. Əməkdar artist şərhlərin qarşısını almaq və müzakirələrə son qoymaq üçün sözügedən fotonu instaqramda silib.

Gununsesi.info