Gömrük rüsumlarının artırılması əhalinin sosial durumunu ağırlaşdıracaq - Ekspert Nazirlər Kabinetinin qərarını "alt-üst"etdi

  • By admin
  • 03 Oktyabr 2016 11:40

rovsen

İqtisadçılar bahalaşmanın yaranacağını, əhalinin sosial durumunun daha da ağırlaşacağını düşünür

Nazirlər Kabinetinin qərarı iləAzərbaycan Respublikasında ixrac-idxal əməliyyatlarıüzrəyeni gömrük rüsumları tətbiq edilib.

Gununsesi.info Nazirlər Kabinetinin qərarına istinadən bildirir ki, budan sonra Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti, habelə toyuq məhsullarıüçün 1 dollar, 1000 ədəd toyuq yumurtasıüçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1 kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma, armud, heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvəşirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.Eyni zamanda bir sıra tikinti materiallarına da yeni gömrük tarifləri tətbiq edilib. (Tam siyahanı bu linkdəhttp://www.azerbaijan-news.az/index.php?mod=3&id=106694). Qərar iki il ərzində qüvvədədir.

Bir sıra ekspertlərin firkincə gömrük tariflərinin artımıərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasına gətirib çıxaracaq.

 

Məhəmməd Talıblı: “Ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq”.

İqtisadçı Məhəmməd Talıblı qeyd edir ki, növbəti ilin dövlət büdcəsinin gəlir mənbələrinin formalaşmasında gömrükdən daxilolmalarının payının kəskin artımı diqqəti cəlb edirdi. Çünki,növbəti ildə qeyri-neft sektoru üzrə daxilolmaların 27,2 faizini Gömrük Komitəsinin yığımlarından formalaşacaq. Bu, 2016-cı ilin dövlət büdcəsindən müvafiq nisbətdən 21,5 faiz çoxdur.

İqtisadçının firkincə, bu kəskin artımın mənbəyi olmalıdır: “Burada iki haldan biri labüddür: Birincisi, ya əvvəlki rüsum dərəcələrinin saxlanması nəticəsində proqnozlaşdırılan idxalın kəskin artımı nəticəsində yığım formalaşır. İkincisi , gömrük rüsumlarının yüksəkdilməsi nəticəsində daxilolmalar artır. Ölkədə istehlakın kəskin azalması (37,2%) nəticəsində idxalın artımından nəinki danışmaq mümkündür, əksinə bunun daha da zəifləməsi proqnozlaşdııra bilər. Bu zaman gömrük rüsumlarının artımınının bir üsul olaraq nəzərdə tutulmasını aydınlaşdırmaq çətin olmamalı idi. Açıq etiraf etmək lazımdır ki, bunu hələ növbəti ilin büdcə ilinə start verməmiş başlanmasını gözləmirdik.  Burada məntiqsizlik və tələskənlik özünü ilk andaca göstərir. Beləliklə gömrük rüsumlarının kəskin artımı haqqında qərar qəbul olundu. Nazirlər Kabineti ölkəyə gətirilən ev toyuqları (toyuq əti vəət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvəşirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib”.

M.Talıblının fikrincə, bu addımı bir necə aspektdən qiymətləndirmək mümkündür:

  1. Bu,ölkədəərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq. Yüksək rüsum dərəcələrinin artımı təkcə idxal mallarının yox, yerli istehsal məhsullarının da qiymət artımınışərtləndirəcək.

2.İstehlakın səviyyəsi xeyli aşağı düşəcək. İdxal rüsumlarından dövlət büdcəsinin qazanması hələ vətəndaşların həmin məhsulların avtomatik olaraq satın alması kimi başa düşülə bilməz. Bu ona gətirib çıxaracaq ki, vətəndaşlar ötən ildənkindən də daha az ərzaq və qeyri-ərzaq məhsulları alacaq.

  1. Ölkədə manatın daha da dəyərdən düşməsi prosesini bir azda sürətləndirəcək. Ölkədə yüksək templi inflyasiyanı daha gizlətmək də mümkün olmayacaq. Sosial müdafiənin effektiv olmadığı indiki şəraitdə vətəndaşlarımızın pul gəlirlərinin hətta artımı bazardakı qiymət sürətindən geri qalacaq. Bu isə yoxsulluq dərinliyinə yuvarlananların xüsusi çəkisinin artmasına gətirib çıxaracaq.
  2. Gömrük rüsumlarının yüksəldilməsi ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan daha prosedurlarıəsas gətirib niyyəti gizlətmənin yox, strateji hədəf uyğunsuzluğunun etirafı olacaq. Daha açıq mətnlə deyiləcək ki, bizi dünyəvi ticarət ailəsi maraqlandırmır.
  3. Bu gömrükdən dövlət büdcəsi üçün əlavə yığımın əldə olunması kimi qəbul olunmamalıdır. Çünki gömrük rüsumlarının yığımı təkcə fiskal siyasət kimi dərk oluna bilməz, bu iqtisadiyyatın tənzimləmə alətlərindən biridir. Rüsumlar təkcə büdcənin gəlir mənbəyi deyil, milli gəliri artıran amildir, azaldan yox. Bu növbəti ildə iqtisadi artım templərinin azalmasına gətirib çıxaracaq.
  4. Dünya təcrübəsində adətən gömrük rüsumlarının artımı milli istehsalı xarici rəqabətdən qorumaq (proteksionizm) və yerli istehsalı stimullaşdırmaq məqsədilə edilir. Bizdə istehlak bazarında malların qiymət artımı yerli istehsalın inhisar qiymətlərinin diktə olunmasınamı görə artır? Qətiyyən! İdxal məhsullarını daxili bazarında bahalaşdıran 2 səbəbi var: inhisarçılıq və gömrükdəki “korrupsiya vergisi”! Bunları aradan qaldırmadan digər üsullar axtarmaq “Sizif”əməyidir. Bu səhv diaqnoz və uğursuz müayinə cəhdidir. Əks nəticə verəcək!

Rövşən Ağayev: “Sosial durum daha da ağırlaşacaq, yoxsulluğun miqyası sürətlə genişlənəcək”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin  Rövşən Ağayevin isə fikrincə, ərzaq məhsulları iləözünü təminetmə səviyyəsi ilə bağlı rəsmi statistikanın məlumatları olduqca etibarsızdır: “Məsələn, rəsmi məlumata görə, meyvə-giləmeyvə istehsalının həcmi daxili tələbatdan 20%, tərəvəz istehsalının həcmi daxili tələbatdan 3% artıqdır. Rəsmi statistikaya görə, qoyun əti tələbatının 98%-i, mal əti tələbatının 88%-i, toyuq əti tələbatının 98%-i, yumurta tələbatının 100%-i daxili istehsal hesabına qarşılanır.

Aydındır ki, bu sahədə alternativ hesablama və hesabatların yoxluğu real mənzərəni aydın görməyə imkan vermir”.

R.Ağayevin sözlərinə görə, yay mövsümü bitəndən sonrakı 7-8 ay müddətindəölkənin meyvə və tərəvəz tələbatı tam idxal məhsulları hesabına ödənir: “Oktyabr ayının 2-ci yarısından sonra ta iyun ayının ortalarınadək İran və Türkiyədən gələn meyvə-tərəvəz, Polşa və Rusiyadan gələn kartofdan bizim tələbatı qarşılayır.

Pərakəndə satış kanallarında olan ət,əsasən, yerli məhsul olsa da, ət məhsullarının hazılandığı sənaye müəssisələrində, böyük kütlə iləət istehlakının baş verdiyi obyektlərdə (şadlıq evləri və restoranlar, dönərxanalar) idxal ətinin istifadə edilməsi ilə bağlı xeyli məlumatlar var. Yəni həmin idxal kütləsi nəzərə alınsa, tələbatda xaricdən alınan ətin real payının daha yüksək olduğu aydın olar.

Başqa bir fakt: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycana 19.8 milyon dollar ət vəət məhsulları idxal edilib. Lakin comtrade məlumat bazasında dünya ölkələri tərəfindən Azərbaycana 67.8 milyon dollar dəyərindəət vəət məhuslları göndərildiyi əksini tapıb. Braziliyadan 24.5 mln., Hindistamdan 13.5 mln., Ukraynadan 6 mln., Türkiyədən 3 mln. dollar ət vəət məmulatları idxal edildiyi göstərilir”.

İqtisadçıəlavə edir ki, idxaldan asılılığın yüksək olduğu şəraitdə yüksək rüsumların bazarda qiymətləri artıracağışübhəsizdir: “Xüsusilə də milli valyutanın ucuzlaşmasının davamlı olduğu və xarici valyutaların uzun müddət ərzində bahalaşacağı riskinin kifayət qədər yüksək olduğu şəraitdə idxal inflyasiyasının sürətlənməsi sosial durumu daha da ağırlaşdırcaq, yoxsulluğun miqyasını sürətlə genişləndirəcək. Xüsusilə də 2017-ci ilin büdcəsi göstərir ki, hökumət maaş, pensiya və sosial müavinətləri ümumiyyətlə indeksləşdirmək imkanında olmadığını nümayiş etdirir.

Daxili bazarı qorumağa yönəlik yüksək idxal tariflərinin tətbiqi daxili istehsalın inkişafına töhfə verə bilərmi? Verə bilər, amma hökumət aqrar sektorda yüksək çinli məmurlara yaxın iqtisadi qrupların yaratdığı iri təsərrfatları dəstəkləmək siyasətindən əl çəkib bütün resursları xırda və orta fermerlərə yönəltsə. İri təsərrüfatları qurmaq istəyənlər qoy öz kapitalı ilə qursun – onların onsuz da resursu var.

Məbləği 50 min manata qədər olan kreditləri Sahibkarlıq Fondundan xırda və orta fermerlərə heç bir girov təmin etmədən, maksimum 2-3%-lə, güzəşt müddətini 5 ilə, kreditlərin qaytarılması dövrünü 15 ilə qədər artırmaqla, heyvandarlıq və meyvə-tərəvəz məhsullarına zəmanətli alış qiymətləri tətbiq etməklə qısa müddətdə daxili istehsalı tələbatıödəyə biləcək həddə qədər inkişaf etdirmək mümkündür. Bu kreditləri fermerlər heç bir bürokratik maneə olmadan, çox qısa müddət içərisində (maksimum həftə) götürmək imkanında olmalı, həmin kredit üçün riskləri sığortalayan mexanizmlər tətbiq edilməlidir”.

Ekspert təklif edir ki, indilikdə isə hökumət yüksək gömrük rüsumlarını heç olmazsa mövsümi tətbiq etməlidir. Məsələn, meyvə-tərəvəz üçün rüsumlar iyunun 15-dən noyabrın 1-dək tətbiq edilə, qış-yaz aylarında dyandırıla bilər.

“Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda rəqabət mühitinin olmadığı, resursların ədalətli bölgüsünə təminat verilmədiyi şəraitdə idxalın bahalaşması oliqarxiyanın və büdcəni doldurmaq üçün mənbə axtaran məmurların maraqlarına xidmət edir”,-deyən R.Ağayev qonşu misal gətirir.

Belə ki, qonşu Gürcüstanda Ölkə daxilində tələbatıödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar (məsələn, təzə kartof və tərəvəz) üçün 12% idxal rüsumu tətbiq edilir. Lakin o məhsulların ki, istehsalı ya mümkün deyil, yaxud tələbatıödəyəcək səviyyədə potensial yoxdu (məs., banan, kokos, əncir, qarığadalı, yaşıl çay), həmin məhsullara idxal rüsümu “0” dərəcə ilə tətbiq olunur.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info