“Əsas odur ki, övladlarımız idmanla məşğul olsun, cinayət əməllərindən uzaq dursunlar…” - ADİL ƏLİYEV

  • By admin
  • 06 May 2017 23:15

publika.az1429865486adil

“İstər kikboks idman növü olsun, istərsə də digər növlər, əsas odur ki, övladlarımız idmanla məşğul olsunlar, zərərli vərdişlərdən , cinayət əməllərindən uzaq dursunlar”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

O, qeyd edib ki, Federasiyanın əsas məqsədi də məhz bunu məktəblərdə aşılamaqdır.

“Biz Azərbaycanın Silahlı Qüvvələrinə sağlam əsgər, Vətənimizə layiqli oğullar hazırlamağı hədəfləmişik…”- deyə, A. Əliyev daha sonra sözlərinə əlavə edib.

Gununsesi.info