Əsgərin qətlində şübhəli bilinənlər həbs olundu

  • By admin
  • 23 Sentyabr 2016 14:38

ar

Sentyabrın 16-da Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi hissələrdən birində müəmmalı şəkildə qətlə yetirilən əsgər 19 yaşlı Narek Patatanyan ilə bağlı yeni faktlar ortaya çıxıb.

Gununsesi.info-nun “ArmenPress”-ə istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan N. Patatanyanın özünü öldürməsinin səbəbini açıqlayıb. O, bildirib ki, N. Patatanyan hərbçi yoldaşları tərəfindən incidildiyi səbəbindən intihar edib.

Bu faktla bağlı 6 nəfər, o cümlədən leytenant Lavrenti Sərkisyan həbs olunub.

Qeyd edək ki, tapança ilə özünü başından vuran əsgər N. Patatanyan xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Anar

Gununsesi.info