Əvəz Zeynallı bu gün məhkəmə qarşısına çıxarılacaq

  • Müəllif: admin
  • 20 Dekabr 2017 13:35

Xural.com saytının baş redaktoru Əvəz Zeynallıya qarşı inzibati qaydada ittiham irəli sürülüb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Əvəz Zeynallı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə bu gün Binədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Hazırda jurnalist Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasındadır.

Qeyd edək ki, Ə.Zeynallı dekabrın 19-da günorta saatlarında polis tərəfindən saxlanılıb.

Bu barədə Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallının mətbuata verdiyi açıqlamaya görə, jurnalist məktəbdən uşaqlarını götürüb evə qayıdan zaman yolda tıxaca düşüb. O, bu zaman hərəkətin düzgün tənzimlənməməsi ilə bağlı polisə irad bildirib. Bundan sonra jurnalist Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gətirilib. Daha sonra isə Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Hazırda orada saxlanılır. Araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info