100 min qaçqın kimsəsiz adaya yerləşdiriləcək

  • By admin
  • 06 Dekabr 2017 22:00

Banqladeş hökuməti Myanmadan gəlmiş 100 minə yaxın rohincalı qaçqını kimsəsiz adaya yerləşdirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, plana əsasən rohinca müsəlmanları Benqal körfəzindəki Tenqar Çar adasına köçürüləcək.

Bu planın reallaşdırılması 278 milyon dollara başa gələcək və 2019-ci ilin noyabrınadək başa çatacaq.

Digər tərəfdən, həmin adanın tez-tez daşqınlara məruz qalması etirazla qarşılanıb.

Gununsesi.info