“ABŞ müharibəyə başlamaq istəyir” - XAMENEİ

  • By admin
  • 06 Dekabr 2017 22:05

ABŞ Yaxın Şərqdə müharibəyə başlamaq istəyir, “düşmənlərin” Qüdsü İsrailin paytaxtı elan etmək istəyi onların acizliyindən xəbər verir.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xamenei deyib.

Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.

İranın Ali Lideri Ayətullah Əli Xamenei deyib: “Onların əli “Fələstin məsələsində” bağlıdır və məqsədlərinə nail ola bilmirlər”.

Gununsesi.info