100 təngə nominalında yeni kolleksiya sikkəsi buraxıldı - QAZAXISTANDA - FOTO

  • By admin
  • 29 Avqust 2017 22:06

tenge

Qazaxıstan Milli Bankı 2017-ci il avqustun 29-dan etibarən 100 təngə (0.51 manat) nominal dəyərində ikirəngli “Firəvanlıq sikkəsi” (“Tısbağa”) adlı yeni kolleksiya sikkəsini dövriyyəyə buraxıb.

Gununsesi.info Qazaxıstanın 24.kz telekanalına istinadən xəbər verir ki, ikirəngli sikkə medalyon formasındadır. Sikkənin yuxarı hissəsində onu boyunbağıya keçirmək üçün xüsusi yer var. Sikkənin üzərində tantaldan hazırlanmış tısbağaya bənzər fiqur var.

Sikkələrin hazırlanma prosesində tantalın rəngini dəyişməsi texnologiyası tətbiq olunub. Bu kolleksiya sikkə seriyası Çin mifologiyasında tısbağa simvolu barədə iki vacib traktovkaya əsaslanır. Birinci əfsanəyə əsasən tısbağa – uzun ömür, uğur və firavanlıq simvolu kimi çıxış edir. İkinci əfsanə isə əzəmətli qoruma gücünə malik Lo Şuya aid möcüzəli kvadrat haqqındadır.

Gununsesi.info