Amerika müğənnisi britaniyalı həmkarının rekordunu yenilədi

  • By admin
  • 29 Avqust 2017 22:10

teylorr

Amerika müğənnisi Teylor Svift britaniyalı həmkarı Adelin “YouTube”dakı rekordunu yeniləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Evening Standard” nəşri məlumat yayıb.

Müğənninin “Look What You Made Me Do” klipi son sutka ərzində 28 milyon baxış yığıb.

Qeyd edək ki, bundan əvvəlki rekord Adelə məxsus olub. Onun 2015-ci ildə yayımlanmış “Hello” klipinə bir sutka ərzində 27,7 milyon insan baxıb.

Gununsesi.info