100 yaşlı köçkün seçicinin arzusu: "Ən böyük arzum doğma kəndim olan Muğanlıda səs verməkdir"

  • By admin
  • 26 Sentyabr 2016 13:53

aqdam

Ağdam rayonunun ən yaşlı seçicilərindən olan Muğanlı kəndindən məcburi köçkün 100 yaşlı Şəkər Əhmədova ümumxalq səsverməsində iştirak edib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən Şəkər nənə ümumxalq səsverməsində də konstitusion hüququndan istifadə edib. O, yaşının çox olmasına baxmayaraq, məskunlaşdığı Səfərli qəsəbəsindəki 41 saylı seçki məntəqəsinə gələrək səs verib.

1916-cı il təvəllüdlü Şəkər Əhmədova AZƏRTAC-ın müxbirinə bildirib ki, 6 övladı, 15 nəvəsi, 25 nəticəsi var. Ən böyük arzusu isə növbəti seçkilərdə doğma kəndi olan Muğanlıda səs verməkdir.

Gununsesi.info