Tərtərdə arı insan ölümünə səbəb oldu

  • Müəllif: Orxan
  • 02 May 2026 11:13

Tərtər rayonunda 48 yaşlı kişi qonaq gəldiyi evdə arı sancmasından ölüb.

Gununsesi.info verir ki, hadisə ötən gün rayonun düyərli kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Nazim Əmrahov qonaq gəldiyi qohumunun həyətyanı sahəsindən arı sancması ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Gununsesi.info