Şuşanı belə gəzdilər - VİDEO

  • Müəllif: Orxan
  • 02 May 2026 11:27

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin 2-ci günündə Şuşada tikilən yeni məscidə baxış keçiriblər. 

Gununsesi.info xəbər verir ki, məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək.

Diplomatik korpusun nümayəndələri həmçinin Şuşada xalça muzeyində də olublar.

Sözügedən görüntüləri təqdim edirik: