“11 B – bilik günü”

  • By admin
  • 17 Sentyabr 2016 16:59

kono

Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları yeni tammetrajlı bədii filmə çəkilib.

Gununsesi.info xəbər verir ki, “11 B – bilik günü” adlı filmdə teatrın iki aktyoru – Məhərrəm Qurbanov və Əliməmməd Novruzov rol alıb. Komediya janrında çəkilən ekran əsərində Məhərrəm Qurbanov Lenin obrazını, Əliməmməd Novruzov isə məktəb direktoru obrazını canlandırıb.

Filmdə sevgi, məhəbbət, romantika, mistika, orta məktəb illəri ilə bağlı ən ağlagəlməz situasiyalar, bir-birindən maraqlı, qəh-qəhə dolu hadisələr əks olunub.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Elnur Axundov, quruluşçu rəssamı Ruhiyyə Məmmədova, operatorları Rəşid Əlyarov, Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzridir. Filmdə Məhərrəm Qurbanov və Əliməmməd Novruzovla yanaşı, Gəncə Dövlət Dram Teatrının tanınmış simaları – Xalq artistləri Alim Məmmədov, Məmmədəli Balayev, aktyorlar Kəmalə Məmmədova, Sevinc Hüseynova, Elnur Mehmanlı, Gəncə məktəblərinin şagirdləri Murad Meyfalıyev, Şəbnur Allahverdili və başqaları çəkiliblər.

Gununsesi.info