11 ildir işsiz olan YAP Siyasi Şurasının üzvü

  • By admin
  • 25 Yanvar 2021 12:19

Naftalan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, hakim partiyanın qurucularından biri olan Musa Musayev bu gün özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

 

Gununsesi.org həmin paylaşımı təqdim edir:

“11 – il bundan öncə mənim Naftalan şəhəri və Naftalanlılarla vidalaşdığım gündür . Həyatımın ən yadda qalan , xoş və unudulmaz günləri 2006 – 2010 – cu illəri səmimi, mehriban, zəhmətkeş və qədir bilən Əziz Naftalanlılarla bir yerdə keçib . Bu illər ərzində mən özümü qəribçilikdə hiss etməmişəm. Biz bir Ailənin üzvüləri kimi qarşılıqlı hörmət və məhəbbət əsnasında birlikdə fəaliyyət göstərib, qurub yarstmışıq, Naftalanın keçmiş şöhrətini özünə qaytarmışıq.

2008 – ci il martın 3 – də cənab Prezident İlham Əliyevin, Mehriban xanımın və Leyla xanımın Naftalan şəhərinə səfərləri, Naftalanın inkişafına xüsusi təkan verdi . Bu günü nə mən, nə də ki, Naftalanlılar heç zaman unutmadıq və unutmayacağıq. Bütün Naftalanlılara öz salamlarımı və məhəbətimi bildirir, hər birinizə gözəl və firəvan həyat arzulayıram. Hal-hazırda Naftalan ŞİH – nin başçısı vəzifəsində çalışan hörmətli Vüqar Novruzova bu şərəfli işində uğurlar və müvəffəqiyyətlər arzu edirəm!”

 

 

Qeyd edək ki, musa Musayev Yeni Azərbaycan Partiyasının yaranmasında xüsusi rolu olan şəxslərdən biri olub. Mərhum prezident Heydər Əliyevin dəyər verdiyi deputatlardan biri kimi tanınırdıı.

Gununsesi.org