
11 yaşlı qız övlad dünyaya gətirib, araşdırmalar nəticəsində bəlli olub ki, uşağın atası qızın 14 yaşlı doğma qardaşıdır.
Gununsesi.info news.ru-ya istinadən xəbər verir ki, hadisə İspaniyanın Mursiya şəhərində qeydə alınıb.
11 yaşlı qızın hamilə olmasından şübhələnməyiblər. Qız qarın nahiyəsində kəskin ağrıların olmasından şikayətləndikdə valideynləri onun qarın boşluğunda və bağırsaqlarında problemlərin olmasını düşünüblər.
Təcili yardım vasitəsi ilə xəstəxanaya gətirilən qızın xəstəxanada hamilə olduğu və doğum ağrıları keçirdiyi bəlli olub. 11 yaşlı qız sağlam bir oğlan uşağı dünyaya gətirib.
Polisin araşdırmaları nəticəsində qızın qardaşının 13 yaşı olanda bacısı ilə intim münasibtədə olduğu müəyyən edilib. Yekun qərar DNK testlərinin analizindən sonra bəlli olacaq. DNK testlərinin araşdırılması nəticəsində qızın öz qardaşı ilə qarşılıqlı anlaşma və yaxud da zorlama yolu ilə intim əlaqədə olduğu bəlli olacaq.
Gununsesi.info











