1100 nəfərlik əfv siyahısı prezidentə təqdim olunub - BU HƏFTƏ SƏRƏNCAM İMZALANIR

  • By admin
  • 21 May 2018 10:15

“Bildiyiniz kimi Prezident yanında Əfv Məsələləri komissiyası 3 ay müddətində daxil olmuş müraciətlərə bir-bir baxaraq, müvafiq qərar verib. İndiyədək komissiyaya 1500-ə yaxın müraciət daxil olmuşdu. Təxminən onlardan 1100-ü müsbət rəy alıb. Artıq həmin siyahı prezidentə təqdim olunub”.

Bu fikirləri  GUNUNSESİ.İNFO-ya Əfv Komissiyasından bildirilib.

Məlumatda qeyd olunur ki, prezident həmin siyahıdan kimlərin əfv olunmasını özü həll edəcək: “Siyahıya yeni adlar da daxil edilə bilər, kimlərinsə adı çıxarıla da bilər. Kimi əfv etmək ölkə başçısının müstəsna səlahiyyətidir”.

Əfv sərəncamının bu həftə imzalanacağı deyilir.

Gununsesi.info