Hər il 100 min iş yeri açılmalıdır - ƏLİ ƏHMƏDOV

  • By admin
  • 21 May 2018 11:10

Bu gün Bakıda “Dayan­ıqlı İnkişaf Məqsədlə­rinə doğru: davamlı i­nkişafın və layiqli h­əyatın təbliği” adlı ­konfrans keçirilib. Gununsesi.info-nun xəbərinə görə, konfransda çıxış edən baş nazirin müav­ini Əli Əhmədov  ölkədəki durumdan danışıb.

O bildirib ki, hər il Azərbaycanda əhalisi 1,1-1,2% artır: ” Bu da o deməkdir ki, Azərbaycanın əmək bazarına hər il 100 mindən çox yeni iş qüvvəsi daxil olur. Bu, Azərbaycanın mövcud imkanları və Azərbaycanın bütövlükdə əhalisi baxımından yanaşıldıqda kifayət qədər böyük rəqəmdir. Qarşımızda duran əsas hədəflərdən biri budur ki, hər il Azərbaycanda 100 mindən az olmayan iş yeri yaradılmalıdır ki, Azərbaycanda insanlarımızın əmək fəaliyyəti məşğulluğunun təmin edilməsi istiqamətində hökumətin qarşıya qoyduğu məqsədə nail olmaq mümkün olsun. Azərbaycanda əhalinin 45 faizdən çoxu kənd yerlərində yaşayır və kənd təsərrüfatı ilə məşğul əhali bütövlükdə böyük çəkiyə malikdir”.

Baş nazirin müavinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında olan münaqişə nəticəsində azərbaycanlılar etnik təmizləməyə məruz qalıb: “Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq Azərbaycan əhalisi öz yaşadığı yerlərdən məcburi köçkün vəziyyətinə düşüb. Digər tərəfdən,  işğal səbəbindən torpaqlarımızın 20 faizi istifadə olunmur. Kənd təsərrüfatı torpaqlarından istifadə olunma əmsalı 1/5 qədər aşağı düşüb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabag münaqişəsi nəticəsində köçkün düşən bir milyondan artıq şəxsin layiqli əməklə təmin olunması Azərbaycan hökumətinin qarşısında böyük vəzifə kimi durur”.

O xatırladıb ki, Dağlıq Qarabağ müna­qişəsi nəticəsində azərbaycanlılar etnik ­təmizləməyə məruz qal­ıblar: “İnsanlar öz doğ­ma torpaqlarını tərk ed­ib. Bu torpaqlardan köçkün düşən bir milyondan ­artıq vətəndaşın layiqli ­işlə təmin olunma­sının nə qədər böyük iş ­olduğunu bilirsiniz”.

O qeyd edib ki, yaxın illərdə Azərbaycan vətəndaşlarının daha keyfiyyətli, layiqli əmək ilə təmin ol­unması istiqamətində, daha səmərəli addımlar atılacaq.

GUNUNSESİ.İNFO