111 vəzifəli şəxs cəzalandırlıb, 4 nəfər isə işdən çıxarılıb - HESABLAMA PALATASI

  • By admin
  • 11 Aprel 2017 16:27
hesablama
Hesablama Palatasının yoxlamaları nəticəsində 111 vəzifəli şəxs cəzalandırlıb, 4 nəfər isə işdən çıxarılıb.
 Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının  2016-cı il üçün hazırladığı hesabatda qeyd olunub.
Palatının hesabatında qeyd olunub  ki, nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq  111 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilmiş, o cümlədən 4 nəfər işdən azad edilib.
Hesabatda həmçinin bildirlir ki, 2016-cı ilin 6 ayı ərzində Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin nəticələri üzrə 21, o cümlədən 2015-ci ilin İş planı üzrə müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədilə 1 təqdimat, həmçinin ötən ildə həyata keçirilmiş auditin nəticələri əsasında xəzinə hesablarının bağlanılması ilə bağlı 1 təqdimat verilib.
 
2016-cı ilin İş planına uyğun nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri, həmçinin 2015-ci ildə fəaliyyətlə bağlı hesabata daxil edilməmiş audit tədbirləri üzrə Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı aparılmış tədbirlərin nəticəsi olaraq müvafiq olaraq 2,5 mln. manat və 3,8 mln. manat məbləğində, ümumilikdə isə 6,3 mln. manat məbləğində vəsait dövlət büdcəsinə, 23,5 min manat məbləğində vəsait büdcədənkənar fondun büdcəsinə bərpa edilib.
 Mürtəza
 Gununsesi.info