Atıcılıq komandamız gümüş medal qazandı

  • By admin
  • 17 May 2017 16:18

shooting_baku_2017

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medal qazanıb.

Gununsesi.info-nun məlumatına görə, Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət ikinci komandamız finalda Bəhreynə uduzub – 24:27.

Niyaz Ağazadə və Regina Meftahətdinovadan ibarət birinci komandamız isə üçüncü yer uğrunda qarşılaşmada türkiyəli atıcılara məğlub olaraq yarışı medalsız başa vurub – 25+1:25+2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Gununsesi.info