14 nəfər istidən öldü

  • By admin
  • 12 İyul 2016 10:00

 

isti

 

Yaponiyada son iki həftə ərzində ən azı 7500 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 14-ü ölüb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi və təcili yardım funksiyalarını həyata keçirən Baş Yanğın İdarəsi məlumat yayıb.
Gununsesi.info məlumat verir ki, aprelin sonlarından indiyədək xəstəxanalara ümumilikdə 15 min nəfər yerləşdirilib.
Yaponiyada isti hava şəraiti iyunun sonlarından hökm sürür. Bəzi günlərdə ölkənin mərkəzi rayonlarında havanın temperaturu 37 dərəcədən yüksək olur.
Eyni zamanda ölkənin cənub-qərb prefekturalarında leysan yağışlar torpaq sürüşməsinə və daşqınlara səbəb olur.
Xatırladaq ki, ötən il anomal istilərdən ölkədə 100 nəfərdən çox adam dünyasını dəyişib, 53 min nəfər isə xəstəxanalara yerləşdirilib.

Gununsesi.info