14 nəfəri ilan sancıb

  • By admin
  • 28 İyun 2016 16:09

Ilan sancma

 

Bu ay Azərbaycanda 14 nəfəri ilan sancıb. Gununsesi.info xəbər verir ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 11 nəfəri xəstəxanaya qəbul edilib, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Onun sözlərinə görə, mərkəzə yerləşdiirlənlərdən 4 nəfərin vəziyyəti ağır, digərləri isə orta-ağırlıqda olub: “Müraciətlər əsasən Bakıətrafı kəndlərdən, Hacıqabul, Şamaxı, Qəbələ rayonlarından olub. Son günlər ölkədə havaların isti keçməsinə baxmayaraq, ilan sancma hallarında artım yoxdur”.

A.Maqsudiv əlavə edib ki, iyun ayında 4 nəfəri əqrəb, 1 nəfəri isə qara qurd sancıb.

 

Gununsesi.info