Gununsesi.info xəbər verir ki, toy Yevlax rayonunda baş tutub.

Bəylə gəlinin fotosu sosial şəbəkədə paylaşılıb. Bəyin 13, gəlinin isə 14 yaşı olduğu bildirilir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə aznews.az-a açıqlamasında bildirib ki, sözügedən toy Yevlax rayonunun kəndlərindən birində baş tutub:

“Toy qaraçılar məhləsində olub. Erkən ailə həyatı qurmaq qaraçılarda ənənə halını alıb. Oğlan evi qız evinə hətta başlıq pulu da verib”.

Gununsesi.info