Ambulans kanala düşüb

  • By admin
  • 12 İyul 2016 11:43

ambulans

 

Ağdaş rayonunda çağırışa gedən Təcili Tibbi Yardım maşını kanala düşüb. Gununsesi.info 1xəbər.com-a istinadən xəbər verir ki, qəzaya səbəb, uzun müddət yağan yağışdan sonra yolun palçıqlı olmasıdır. Belə ki, ambulans idarəetməni itirərək sürüşüb və Masad kanalına yuvarlanıb. Xoşbəxtlikdən xəsarət alan və ölən olmayıb. Lakin buna baxmayaraq, Təcili Tibbi Yardım Xidmətinin maşınındakı elektron sistemlər yararsız hala düşüb.

 

Xəyalə Xanəziz