“15 iyul çevriliş cəhdinin arxasında ABŞ durur” - JİRNOVİSKİ

  • By admin
  • 17 Sentyabr 2016 12:56

jirnoviski

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski 15 iyul çevriliş cəhdinin arxasında ABŞ-ın durduğunu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdağanı devirməyə çalışdığını idda edib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Vladimir Jirinovski Rusiya və Türkiyənin Qərb ilə əlaqələrində bəzi çətinliklər yaşandığını, Moskva-Ankara yaxınlaşmasının iki ölkəni daha güclü hala gətirəcəyini bildirib.

Sonra Vladimir Jirinovski Rusiyanın xarici siyasətdə şərq-qərb deyil şimal-cənub xəttinə ağırlıq verməsi lazım olduğunu deyərək Rusiya, Türkiyə, İran, Suriya və İraqdan meydana gələcək beşli bir koalisiya yaradılması təklifini irəli sürüb.

Anar
Gununsesi.info