Ana övladına kömək istəyir - MÜRACİƏT

  • By admin
  • 17 Sentyabr 2016 12:50

hesab

Hörmətli oxucularımız, redaksiyamıza gələn məktubu sizlərin diqqətinə çatdırırıq: Bir qadının, ürək parçalayan məktubu, övladının həyata sağlam qayıtması üçün insanlardan kömək istəməsi həqiqətən də dəhşətli faktdır. “Hörmətli, xalqım və  mərhəmətli insanlarım. Hər kəsə çatdırmaq istədiyim istədiyim bir mövzu var. Əvvəlcə bildirim ki, sizə müraciət edib, etməməkdə çox düşündüm və əlacsız qalıb bu hadisəni sizinlə bölüşməyi məsləhət bilib qərara aldım. Yaxın günlərdə qızım Nurlananı həkim müayinəsindən keçirəndə, ürəkaçıcı olmayan bir xəbər aldıq. Nurlananın  “skaliozdan” əziyyət çəkdiyi fakdır, uzun müddətdir ki, mualicə alır və aldığı mualicə üzrə son muayinədə həkim vəzziyyətin çox pis olduğunu, tezliklə əməliyyat olmasına ehtiyac olduğunu bildirdi. Həttda həkim bildirdi ki, vaxtımız çox qalmayıb gözləməyə.

Sizlərə, həkimin qızım Nurlanaya qoyduqu diaqnoz kağızını çatdırmaq istəyirəm. Həkim bu əməliyyat üçün bizə  22.000 ABŞ dolları lazım olduğunu bildirdi. Dostlarımızdan bu məsələni yazıb paylaşmaqı, mərhəmətli,  imkanlı şəxslərdən Nurlananın hesabına lazımı məbləği yatırtmağı çox xahiş edirəm. Onuda qeyd edim ki, sizin mərhəmətiniz və köməyiniz az yaşlı Nurlananın həyatını xilas edə bilər. Oxuyan gözləriniz, rəhim edən ürəyiniz var olsun. Əvvəlcədən təşəkkür və minattdarlığımı çatdırıram.

muracet1

Gununsesi.info

Hörmətlə: Nailya Şahbazova.

TEL:  (055) 362-82-86